Beyonsun yeni biznesi

Amerikalı məşhur müğənni Beyons yeni viski markasını elan edib.

Gununsesi.info xəbər verir ki, bu, sənətçinin alkoqollu içki ilə bağlı ilk təcrübəsi olacaq.

“SirDavis” adlı viski ifaçının babasının xatirəsinə ehtiramdır. İçki 2024-cü ilin sentyabrında ABŞ, Yaponiya, Fransa və Böyük Britaniyada satışa çıxarılacaq. Bir şüşənin qiyməti 89 dollar olacaq.

 

 

Gununsesi.info