ATƏT Ukraynanı dəstəkləməyə sadiqdir…

  • By Günel
  • 24 Avqust 2024 12:07

ATƏT müharibənin təsirlərinin aradan qaldırılmasında Ukraynanı dəstəkləməyə sadiqdir.

Gununsesi.info xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri İan Borq deyib.

O qeyd edib ki, onlar bu gün Ukraynanın irs və müstəqilliyinə deyil, həm də bunları qorumaq üçün göstərdiyi əzm və qətiyyətə hörmət edirlər:

“Müstəqillik Gününü qeyd edən Ukrayna xalqına ən səmimi təbriklərimi çatdırıram. ATƏT-in fəaliyyətdə olan sədri kimi mən müharibənin təsirlərinin aradan qaldırılmasında, hər kəsin sülh və təhlükəsizlik şəraitində yaşaya biləcəyi gələcək üçün çalışmaqda Ukraynaya dəstək sadiqliyimizi bir daha təsdiqləyirəm”.

Gununsesi.info