
Rusiya Kursk istiqamətində ukraynalılar tərəfindən əsir götürülən 115 hərbçini geri qaytarıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.
Bildirilb ki, bununla bağlı danışıqlar BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.
“Bu il avqustun 24-də danışıqlar prosesi nəticəsində Kursk vilayətində əsir götürülmüş 115 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 115 hərbi əsiri təhvil verilib”-deyə departamentdən bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən rus hərbçilərinin əsirlikdən qaytarılması zamanı humanitar vasitəçilik səyləri Birləşmiş Ərəb Əmirlikləri tərəfindən həyata keçirilib.
Mübadilədən sonra bütün Rusiya hərbçiləri Belarusdadırlar və orada qohumları ilə əlaqə saxlamaq imkanı var.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, onlar müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına təhvil veriləcək.
“Hazırda bütün Rusiya hərbi qulluqçuları Belarus Respublikası ərazisindədirlər, orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, eləcə də azad edilmiş bütün hərbi qulluqçular Rusiya Federasiyasına aparılacaq Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya”, – RF Müdafiə Nazirliyi bildirib.
Şəbnəm
Gununsesi.info