İstanbul hava limanı gündə 1510 uçuşla Avropada zirvədə

  • By Günel
  • 24 Avqust 2024 14:48

İstanbul hava limanı günlük orta hesabla 1510 uçuşla Avropanın hava limanları arasında birinci yerdədir.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 12-18 avqust 2024-cü il tarixləri arasında Avropa Aviasiya Statistikası Hesabatı dərc edildi.

Hesabata görə, İstanbul Hava Limanı göstərilən dövrdə gündə orta hesabla 1510 uçuşla Avropada ən çox uçuş həyata keçirən hava limanı olub.

İstanbul hava limanından sonra, 1428 reyslə Hollandiyanın paytaxtı Amsterdamdakı Schiphol hava limanı, 1412 reyslə olimpiya oyunlarının keçirildiyi Fransanın paytaxtı Parisdəki Şarl de Qoll hava limanı olub.

Antalya Hava Limanı da gündə 1034 uçuşla siyahıda 7-ci sırada yer alıb.

 

Günel

Gununsesi.info