Azərbaycan Premyer Liqası: “Kəpəz” səfərdə “Səbail”ə məğlub olub

  • By ilhame
  • 23 Avqust 2024 22:04

Azərbaycan Premyer Liqasında IV turun görüşləri start götürüb.

 

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

 

“Bayıl Arena”da reallaşan matçda “Səbail” “Kəpəz”i qəbul edib.

 

Meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi matçda hesabı 12-ci dəqiqədə Fərid Nəbiyev açıb. 34-cü dəqiqədə Gitay Sofir fərqi iki topa çatdırıb. İkinci hissənin əvvəlində Ayman Bouali gəncəliləri növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada yekun nəticəni isə 54-cü dəqiqədə fərqlənən Suleyman Alluş müəyyənləşdirib.

 

Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 24-25-də keçiriləcək.

Gununsesi.info