
Məşhur futbolçu, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kristiano Ronaldonun 21 avqustda “Youtube” sosial şəbəkəsində açdığı səhifə iki gün ərzində 38 milyon abunəçi qazanıb.
Gununsesi.info xəbər verir ki, bu, “Youtube” tarixində ən böyük rekord sayılır.
Qeyd edək ki, səhifənin açıldığı gün abunə sayı 1 milyonu keçmişdi və “Youtube” administrasiyası bu rekorda görə, Ronaldonu təbrik etmişdi.
Gununsesi.info