
“Real Madrid” klubunun yarımmüdafiəçisi Cud Bellinqhem zədələnib.
Gununsesi.info xəbər verir ki, ingiltərəli futbulçu ayaq əzələsindən zədə alıb.
Cud Bellinnqhemin məlum səbəbdən 1 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Qeyd edək ki, Bellinqhem UEFA Superkuboku uğrunda “Real Madrid” – “Atlanta” matçının ən yaxşı oyunçusu seçilmişdi. Komandası sabah bu mövsümün ilk ev oyununda “Real Valyadolid”lə qarşılaşacaq.
Gununsesi.info