Pakistanda konvoya hücumda 12 polis həyatını itirdi

  • By ilhame
  • 23 Avqust 2024 21:24

Pakistanın Pəncab əyalətində polis karvanına raket və ağır silahlarla hücum edilib.

 

Gununsesi.info xəbər verir ki, bu haqda “Geo News” televiziyası məlumat yayıb.

 

Bildirilib ki, iki dəstə maşınında olan 20-dən çox polis əməkdaşı pusquya salınıb.

 

Silahlı şəxslərin hücumu nəticəsində 12 polis əməkdaşı həyatını itirib, 6-sı yaralanıb.

 

Hücumun baş verdiyi ərazidə uzun müddətdir silahlı dəstələrin fəaliyyət göstərdiyi məlum olub.

Gununsesi.info