Ermənistanda marixuana “fabriki” açan xarici vətəndaşlar saxlanılıb

  • By ilhame
  • 23 Avqust 2024 20:54

Ermənistan hüquq-mühafizə orqanları kirayə götürülmüş fərdi evdə quraşdırılmış çətənə və marixuana istehsalı kompleksi aşkarlayıb.

 

Gununsesi.info “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

 

Kompleksi 38 yaşlı Rusiya vətəndaşının rəhbərlik etdiyi cinayətkar qrup idarə edib. Qrupa həmçinin Koreya vətəndaşı, o cümlədən Ermənistan vətəndaşı olan qadınlar daxil olub.

 

Evə baxış zamanı 200-dən bir qədər çox çətənə kolu, 3 kq 30 qram qurudulmuş çətənə və 59,09 qram marixuana, həmçinin “istehsalat avadanlıqları” – ultrabənövşəyi lampalar, havanın rütubətini tənzimləyən cihazlar və s. aşkar edilib.

Gununsesi.info