Rusiyada musiqiçiləri daşıyan təyyarə qəzaya düşdü

  • By Günel
  • 24 Avqust 2024 11:02

Rusiyada musiqiçiləri daşıyan An-2 təyyarəsi Yakutiyada meşəyə sərt eniş edib. Təyyarə düz ağacların üstünə enib.

Gununsesi.info xəbər verir ki, məlumatı “Baza” Teleqram kanalı yayıb.

Bildirilir ki, təyyarənin göyərtəsində 3 ekipaj üzvü və “Monaco Jam” qrupunun 8 üzvü olub. An-2 mühərrikində nasazlıq səbəbindən Ust-Mayski bölgəsində sərt eniş edib. Sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.

Musiqiçilər qızıl mədənçiləri üçün korporativ tədbirdən qayıdırmış.

 

Gununsesi.info