Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

  • By ilhame
  • 23 Avqust 2024 22:29

Sumqayıtda 40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə 12-ci mikrorayonda keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyal Əli oğlu Xiyalıyev münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

 

O, ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Döş qəfəsinin və bazunun kəsilmiş-deşilmiş yaraları ilə diaqnoz qoyulan pasiyent reanimasiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımlar göstərildikdən sonra X.Xiyalıyev M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub.

Gununsesi.info