
ABŞ-nin Azərbaycana təyin etdiyi səfir Mark Libbi dörd ay əvvəl səhhəti ilə bağlı diplomatik fəaliyyətini dondursa da, nədənsə, ABŞ Azərbaycana səfir təyin etmir.
Gununsesi.info-nun xəbərinə görə, Tramp hətta, səfir namizədini belə Konqresə irəli sürməyib.
Onu da qeyd edək ki, son illər ABŞ-nin Azərbaycana səfir təyinatında tərəddüdlər və uzunmüddətli gecikmə halları yaşanıb.
ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-nin Azərbaycana səfir təyinatının reallaşdırmamasını bu cür şərh edib:
“İlk öncə ABŞ-də erməni diasporasının administrasiyalara güclü təsiri var. İkinci səbəb bizim müstəqil xarici siyasətimiz, üçüncü səbəb isə onların maliyyələşdirdiyi şəxslərin həbsi ola bilər”.
Elmar