
İsrail döyüş təyyarələri növbəti dəfə Qəzzada dinc sakinləri hədəfə alıb. Bu dəfə bir məktəb vuruldu. Eyni məktəbə edilən iki hücumda 31 nəfər həyatını itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc Qaçqınlar Düşərgəsi 24 saat ərzində iki dəfə hədəfə alınıb.
İlk hücumda aralarında uşaqların da olduğu 22 nəfər ölüb.
İkinci hücumda isə 9 nəfər həyatını itirib. Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin idarə etdiyi məktəb hücumdan sonra alovlara büründü.
Yaralılar xəstəxanalara yerləşdirilib. İsrailin hücumlarını bərpa etdikdən sonra Qəzzada xəstəxanalar yenidən yaralılarla dolmağa başlayıb.
Qeyd olunur ki, xəstəxanalar öz imkanlarından çox da artıq xidmət göstərməyə məcburdurlar.
Orxan