Moskvaya gedən Vuçiçin təyyarəsi Bakıda məcburi eniş etdi

Moskvaya səfərə yollanan Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya eniş etmək məcburiyyətində qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Serbiyanın “Telegraf.rs” portalı yayıb.

Bildirilib ki, təyyarə hazırda Rusiya səmasında hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyətinə və təhlükəsizliklə bağlı risklərə görə Moskvaya yollana bilməyib.

Xatırladaq ki, Vuçiçin Rusiya Prezidenti Vladimir Putinlə görüşü və Qələbə Günü ilə bağlı paradda iştirakı gözlənilir.

Onu da qeyd edək ki, bu gün Moskvanın bir neçə hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub.

Gununsesi.info