Böyük Britaniya Alfa Banka sanksiyalar tətbiq etdi

Böyük Britaniya Belarusun Alfa Bankına qarşı sanksiyalar tətbiq edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi Ofisi (OFSI) bildirib.

Məlumata görə, Londonda hesab edirlər ki, bank Belarus hökuməti üçün strateji əhəmiyyət kəsb edən maliyyə fəaliyyətlərindən faydalanır.

Bildirilir ki, siyahıda olan şirkətlər Böyük Britaniyadakı aktivlərinə görə həbs oluna bilərlər.

Sentyabrın 29-da respublikanın xarici işlər naziri Maksim Rıjenkov bəyan edib ki, Belarus sanksiyalara cavab olaraq öz maraqlarını beynəlxalq məhkəmələrdə müdafiə etmək və Minskin də daxil olduğu müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə birliyi gücləndirmək niyyətindədir.

Qeyd edək ki, iyunun sonunda Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar paketini qəbul edib.

 

 

 

Şəbnəm

Gununsesi.info