Serhat Akın silahlı hücumdan sonra ilk dəfə açıqlama verib…

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl silahla hücuma məruz qalan və ayağından yaralanan “Fənərbağça”nın keçmiş futbolçusu və idman şərhçisi Serhat Akın ilk dəfə danışıb.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, o, açıqlamasında bu cür danışıb:

“İnşallah, bu məsələ ən qısa zamanda üzə çıxacaq. Bunda heç bir şübhəm yoxdur. Dediyim kimi, mənim adıma, namusumuza aid hər şey dövlətimizə təhvil verilir. Dövlətimizin olduğunu bilirəm, rxamızdadır və mən onlara tam güvənirəm ki, onlar bu məsələni üzə çıxaracaqlar”.

Orxan Saffari

Gununsesi.info