
“Bugün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edildim. Avtomobillə bağlı yaranmış vəziyyətə aydınlıq gətirildi. Vəkilimiz Bəhruz Bayramovla birgə bizə avtomobilin şəkilləri göstərildi. Aydın oldu ki, videogörüntüdəki avtomobil Ruslan İzzətliyə aid deyil”.
Gununsesi.info bildirir ki, bunu hazırda həbsdə olan siyasi fəal Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı deyib.
Qeyd edək ki, Ruslan İzzətlinin polis duracağında saxlanılan maşınının iki gün əvvəl paytaxt küçələrində radara düşməsi və elektron cərimə yazılmasına dair xəbər yayılıb.
Araşdırmalar zamanı məlum olub ki, başqa bir sürücü öz nömrəsinə müdaxilə edib:
“Bizə verilən məlumata görə həmin şəxs barəsində artıq hüquqi addım atılıb və cərimələr silinəcək. Həmin şəxsin kimliyi və hansı addımlar atıldığı barədə məlumat ala bilmədik.
Həmçinin avtomobilin bugün Xətai rayon Polis Bölməsinin dayanacağından evakuatırla Bakı şəhər Baş Polis İdarəsinə gətiriləcəyi və artıq orada qapalı məkanda saxlanılacağı bildirildi.
Söz verildi ki, maşınla bağlı bütün problemlər həllini tapacaq və tam təhlükəsiz vəziyyətdə saxlanılacaq”.
Afət
Gununsesi.info