
Metyu Perrinin ölümünə görə məsuliyyət daşıyan həkim ittihamları qəbul edib.
Evinin cakuzisində ölü tapılan “Dostlar” serialının ulduzu Metyu Perrinin ölümü ilə bağlı yeni faktlar ortaya çıxıb. Beləki, Perrinin “ketaminin kəskin təsiri” səbəbindən öldüyü açıqlanıb.
Gununsesi.info xəbər verir ki, “Dostlar” serialındakı Chandler Bing obrazı ilə ən məşhur sitcom personajlarından birinə çevrilən Metyu Perrinin ölüm xəbəri həm pərəstişkarlarını, həm də Hollivud dünyasını dərindən sarsıtmışdı. Onun ölümündə məsuliyyət daşıdığı düşünülən iki həkimdən biri artıq günahkar bilinib. Bildirilib ki, Malibudakı evində cakuzidə ölü tapılan 54 yaşlı Perri “ketaminin kəskin təsiri” səbəbindən dünyasını dəyişib. Qanında ketamin olan aktyorun cakuzidə boğularaq öldüyü bildirilib.
Qeyd edək ki, məhkəmə prosesi yekunlaşmayıb, araşdırmalar davam edir.
Orxan Saffari