
İsrail Müdafiə Qüvvələri (IDF) nüvə obyektlərinə, neft sənayesinə və İran rəhbərliyinə zərbə endirməlidir.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet “The Wall Street Journal”a (WSJ) müsahibəsində deyib.
“Hizbullah və HƏMAS müvəqqəti olaraq iflic vəziyyətindədir, İran isə həssas vəziyyətdədir. İndi onlar çılpaqdırlar, özlərini müdafiə etməyə imkanları yoxdur. İsrail Yaxın Şərqin simasını dəyişmək üçün son 50 ildə ən böyük fürsətə malikdir… İndi ahtapotun başına vurmağın vaxtıdır, əks halda o, sağala bilər”, – deyə o, vurğulayıb.
Xatırladaq ki, oktyabrın 1-i axşam İran İsrailə 500-ə yaxın ballistik raket atıb.
Hücum “Hizbullah” və “Həmas” liderlərinin, eləcə də Livandakı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinin komandirinin ləğv edilməsinə cavab idi.
Şəbnəm