Nəsrullahın atəşkəslə razılaşmışdır

Həsən Nəsrullah ölümündən bir müddət əvvəl hərəkatın atəşkəsə razı olduğunu açıqlamışdı.

Gununsesi.info  xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri Abdullah Bu Həbib danışıb.

“Onlar, ABŞ və Fransa prezidentləri bizə dedilər ki, Netanyahu çağırışını təsdiqlədi, biz də Hizbullahdan razılaşma aldıq. Bundan sonra nə baş verdiyini bilirsiniz”, – deyə Həbib sentyabrın 25-də bildirib.

Nazirin sözlərinə görə, Nəsrullah atəşkəslə razılaşıb.

“Biz tam razılaşdıq, Livan atəşkəsə razılaşdı, lakin Nəsrullah aradan qaldırıldıqdan sonra parlamentin spikeri Nəbih Berri Hizbullah ilə məsləhətləşmələr apardı və baş verənlər barədə amerikalıları və fransızları məlumatlandırdıq”, deyə o, əlavə edib.

Livanın Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, ölkənin ABŞ-ın köməyinə ehtiyacı var, çünki onlar hazırkı vəziyyətdə “vacib rol” oynayırlar və Beyrutun alternativi yoxdur.

Bundan əvvəl İsrail ordusu ilk dəfə Livanın paytaxtı Beyrutun mərkəzi ərazisinə hücum edib.

 

 

Gununsesi.info