Dünyanın ən təhlükəli qəbilələri hansılardır?

Müasir dünyada yaşamağımıza baxmayaraq hələ də qəbilələr mövcuddur.

Bəs siz ən təhlükəli qəbilələrin hansılar olduğunu bilirsiniz?

Gununsesi.info sözügedən qəbilələri təqdim edir:

1.Sentinelli qəbiləsi– Şimali Sentinel adasında yaşayan bu qəbilə dünyadakı ən təhlükəli qəbilələrdən bəlkə də birincisidir. Saylarının 200-250 nəfərdən ibarət olmasına baxmayaraq,  Hindistan hökuməti bu əraziyə yaxınlaşmağı qadağan edib.

2.Yaiofo qəbiləsi- Yeni Qvineyada yaşayan bu qəbilə, 1988-ci ildə bir ingilis macəraçını əsir götürmüşdülər. 6 həftə ərzində hər gün döyülən macəraçı zorla onların hazırladıqları yeməyi yemək məcburiyyətində qalırdı. Qəbilə üzvlərinin xüsusi bir özəlliyi ağaclar üzərində sərbəst şəkildə gəzmələridir. Qəbilənin yaşadığı məkana gedib çatmaq 1,5 ay vaxt aparır.

3.Korovai qəbiləsi-1974-cü ilə qədər dünyanın da xəbərsiz olduğu bu qəbilə, yer üzünün ən vəhşi qəbilələrindən sayılır. Qəbilənin üzvləri ağdərili insanların şeytan tərəfindən göndərilən varlıqlar olduqlarına inanırlar və bu günə qədər də bir neçə ağdərili insanı qətl ediblər.

4.Mursi qəbiləsi-Bu qəbilə oğlan uşaqlarının doğulmasına savaşçıların dünyaya gəlişi kimi inanır. Adətlərinə görə, evlənmək üzrə olan kişilər qadın ilə maraqlanan digər kişilərlə savaşmaq məcburiyyətindədir. Qalib olan həmin qadınla evlənir.

Orxan Saffari

Gununsesi.info