
Tez-tez ictimaiyyətdə, hətta xarici mediada da gedən müzakirələrdən biri də “Z nəsli”nin əvvəlki “Y nəsli”ndən daha yaşlı görünməsi ilə bağlı müzakirələrdir.
Bəs doğrudan, bunun səbəbi nədir?
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, ekspertlərin fikrincə, bunun səbəbi təkcə iqtisadi təsirlərin gətirdiyi stress deyil. İndiki gənclərin kosmetik məhsullara, estetik prosedurlara aludə olması onların yaşlarından daha yaşlı görünməsinə səbəb ola bilər.
Elmi baxımdan Z nəsli əvvəlki nəsillərə nisbətən daha tez qocalmasa da, bəzi həyat tərzi seçimləri onların bioloji yaşlarından daha yaşlı görünməsinə səbəb ola bilər.
Orxan Saffari
Gununsesi.info