İran və Hizbullahın İsrailə endirdiyi zərbələrin hədəfi məlum olub

İran və Hizbullah-ın İsrailə hücumlarının məqsədi potensial imkanları nümayiş etdirməkdir.

Gununsesi.info xəbər verir ki, bunu rusiyalı analitik və Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.

Stanislav Tarasov: “Bizim üçün vacibdir ki, qonşularımızın ...

“Anlayışların əvəzlənməsi var. Bir çox ekspertlər İsrail versiyasını qəbul edirlər ki, zərbələr endirilib, lakin vurulmayıb, yanlış yerə dəyib, itki yoxdur, dağıntı yoxdur, lakin İranın və onun vəkil qruplarının indi əsas məqsədi İsrailə dağıdıcı zərbələr endirməməkdir, – deyə şərqşünas bildirib.

Oktyabrın 1-də axşam İran İsrailə 500-ə yaxın ballistik raket atıb. Bu, İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanda Hizbullaha qarşı quru əməliyyatına başlamasından bir gün sonra baş verib.

Növbəti gün, oktyabrın 2-də Hizbullah Livandan İsrailin şimalına 100-dən çox mərmi atdı. Atış İDF tərəfindən qeydə alınıb.

 

 

Afət

Gununsesi.info