
Meksikada əsgərlərin ölkənin cənubunda səyahət edən 33 nəfərdən ibarət qrupu daşıyan avtomobilə atəş açması nəticəsində 6 miqrant ölüb.
Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, Meksika Müdafiə Nazirliyi çərşənbə axşamı Qvatemala ilə sərhəddən təxminən 25 mil (40 km) şimalda baş verən insidentdə daha 10 miqrantın da yaralandığını bildirib.
Nazirlik bildirib ki, hərbi patrul miqrantları götürən maşının yüksək sürətlə hərəkət etdiyini görüb və xəbərdarlıq atəşi də açmayıb.
Qeyd edək ki, əsgərlər isə partlayış səslərini eşitdiklərini və bunun ardınca iki zabitin atəş açdığını bildirib. Lakin araşdırma aparılarkən onların vəzifələrindən uzaqlaşdırıldığı qeyd edilib.
Orxan Saffari