
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə hücum zamanı Ukrayna arsenalında ən yaxşılardan olan Stridsvagn 122 və ya Leopard 2A6 tanklarından istifadə edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Forbes” yazıb.
Nəşr bu tankların hər birinin Ukrayna Silahlı Qüvvələri üçün dəyərini qeyd edib: “2023-cü ildə Ukrayna İsveçdən cəmi 10 Strv 122, Almaniya və Portuqaliyadan isə 21 Leopard 2A6 alıb”.
Bildirilir ki, Kursk vilayətində azı bir “Stridsvaqn 122”nin məhv edilməsinin görüntüləri artıq internetdə yayılıb.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna ekipajı LPR və DXR sərhədində mərmi ilə zədələnmiş Stridsvagn 122 tankını tərk edib.