Qərar Yaxın Şərqdə sülhə kömək etməyəcək

BMT -nin Baş katibi Antonio Quterresin persona non qrata elan edilməsi İsrailin suveren qərarıdır, lakin bu, Yaxın Şərqdə sülhün əldə olunmasına kömək etməyəcək.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Persona non-qrata elan etmək ölkənin suveren hüququdur. Lakin bu, sülh işinə kömək etməyəcək”, – deyə Zaxarova İsrailin baş katibə qarşı tədbirlərini şərh edərkən bildirib.

O, əlavə edib ki, hazırkı vəziyyətdə məsuliyyət BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq böhranı ilə bağlı “birdən çox qətnamə layihəsini” bloklayan ABŞ-ın üzərinə düşür.

Zaxarova həmçinin Vaşinqtonu “öz yöndəmsiz hərəkətləri ilə” münaqişənin həlli üçün diplomatik səylərə zərbə vurmaqda ittiham edib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin Quterreşlə bağlı qərarının səmərəsiz olduğunu bildirib.

 

 

Günay

Gununsesi.info