HƏMAS-ın başçısı öldürüldü

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının hökumət başçısı Ravi Müştahın öldürüldüyü elan edib.

Gununsesi.info xəbər verir ki, müvafiq mesaj İsrail ordusunun rəsmi Telegram kanalında dərc olunub.

İDF həmçinin bildirib ki, Müştahla yanaşı, HƏMAS Siyasi Bürosunda və hərəkatın Əmək Komitəsində təhlükəsizlik xidmətinin rəhbəri Sameh əs-Sərrac, həmçinin HƏMAS-ın ümumi təhlükəsizlik komandiri Sami Odeh də məhv edilib.

“Kəşfiyyat məlumatlarına əsasən həyata keçirilən dəqiq zərbədə. İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri terrorçuları Qəzza zolağının şimalında möhkəmləndirilmiş və təchiz olunmuş yeraltı kompleksdə gizlənərkən vuraraq öldürüblər. Kompleks HƏMAS-ın komanda-nəzarət mərkəzi rolunu oynayıb və yüksək səviyyəli əməliyyatçılara uzun müddət ərzində orada qalmağa imkan verib”, – bəyanatda deyilir.

Bundan əvvəl İsrail hərbçiləri Beyrutda Livanın şiə Hizbullah hərəkatının İmam Hüseyn diviziyasının komandiri Du əl-Fəqar Hənəuvini öldürüb.

Onunla yanaşı, İrandan Livana qədər hərəkat döyüşçülərini silahla təmin edən Məhəmməd Cauad Kathir də ləğv edilib.

 

 

Gununsesi.info