
Sinqapur hökumətinin yüksək vəzifəli sabiq naziri Subramaniam İsvaran 12 ay həbs cəzasına məhkum edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 62 yaşlı İsvaran dövlət vəzifəsində olarkən 403 000 Sinqapur dolları dəyərində hədiyyələr qəbul etməkdə, habelə ədalətin gedişinə mane olmaqda təqsirli bilinib.
Qeyd edək ki, hədiyyələrə Formula 1 Qran Prisinə biletlər, Brompton T-line velosipedi, spirtli içki və şəxsi təyyarədə gəzinti daxildir.
Orxan Saffari