Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak oldu - Foto

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Gununsesi.info  xəbər verir ki, Ukrayna tərəfdən döyüşlərə qatılmış Naxçıvan sakini Novruzov Surət Baba endirilən zərbələr nəticəsində həyatını itirib. Onun cənazəsi ötən gün Naxçıvan MR-nın Kəngərli rayonuna gətirilərək dəfn edilib.

Bundan başqa Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Ələt qəsəbəsi sakini Cəfər Mustafayev də Ukraynanın hücumu zamanı həlak olub.

Fotoda Surət Novruzov

Fotoda Cəfər Novruzov