Avropa Komissiyası Macarıstanı məhkəməyə verəcək

Avropa Komissiyası (AK) Macarıstana qarşı suverenliyin qorunması qanunu ilə bağlı Avropa Məhkəməsində iddia qaldırmağa qərar verib.

Gununsesi.info xəbər verir ki, bu barədə AK-nin bəyanatında deyilir.

Sənəddə deyilir: “Bu gün Avropa Komissiyası Macarıstanın suverenliyin qorunması ilə bağlı milli qanununun Avropa İttifaqının (Aİ) qanunlarını pozduğu üçün onun işini məhkəməyə vermək qərarına gəlib”.

Əvvəllər AK xarici agentlər haqqında qanunun Macarıstan analoqu – Budapeştin 2023-cü ilin dekabrında qəbul etdiyi “Suverenliyin qorunması haqqında qanun” üzərində işlərə başlayıb.

Qanun Macarıstanda xarici qurumların siyasi müdaxiləsinə nəzarət edəcək ayrıca qurumun yaradılmasını nəzərdə tutur.

Qanunvericiliyə uyğun olaraq, bu cür hərəkətlərə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

 

 

Günel

Gununsesi.info