Husilər Təl-Əvivin mərkəzindəki hücumu öz üzərinə götürüb

Təl-Əvivin mərkəzində pilotsuz uçan aparatla edilən hücuma görə məsuliyyəti Yəməndəki “Ənsar Allah” radikal hərəkatının husiləri öz üzərinə götürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ənsar Allah hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya Telegram-da videomüraciətində məlumat verib.

“Əməliyyat öz məqsədlərinə uğurla nail oldu”,-deyə o vurğulayıb.

Oktyabrın 1-də Saria bildirib ki, husilər Qırmızı və Ərəbistan dənizlərində, eləcə də Hind okeanında ticarət gəmilərinə hücum etmək üçün uçan və üzən dronlardan istifadə ediblər.

 

 

Gununsesi.info