6 milyon dəyərində olan əsər tapılıb

Əfsanəvi ispan rəssamı, Kubizmin banisi Pablo Pikassonun hazırda altı milyon avro dəyərində olan əsəri 1962-ci ildə Luici Lo Rosso tərəfindən tapılıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə The Guardian yazır.

Bildirilir ki, Luici Lo Rosso köhnə əşyaların satışı ilə məşğul olurmuş. Əsəri tapan Rosso onu qonaq otağından asıb. Bu vəziyyət isə onun həyat yoldaşının ürəyincə olmayıb.

O, portreti “iyrənc” adlandırıb.

Buna baxmayaraq, kubist üslubunda hazırlanmış rəsm bir neçə onilliklər ərzində Rossonun evində divardan asılı qalıb.

Luici Lo Rossonun oğlu Andrea Rosso sənət haqqında bir neçə kitabı oxuduqdan sonra rəsmin Pikassonun əsl əsəri ola biləcəyini düşünüb. Bundan sonra onlar bir neçə ekspertə müraciət ediblər.

Nəhayət 2024-cü ildə İtaliyanın Arcadia mədəniyyət fondunun qrafoloqu Cinzia Altieri təsdiqləyib ki, Rossonun ucuz çərçivədə saxladığı bu əsər həqiqətən Pikassoya məxsusdur.

Pikasso zamanında  tez-tez Kapriyə gedib və işləyirib.

Mütəxəssislər rəsmdə Pikassonun sevgilisi Dora Maarın təsvir olunduğunu güman edirlər.

İndi Arcadia Fondunun əməkdaşları toplanmış bütün sübutları Pikasso Fonduna təqdim etmək niyyətindədirlər.

Əvvəllər Rosso rəssamın adını daşıyan fondla əlaqə saxlamağa çalışsa da, onun müraciətlərinə ciddi baxmayıb, dərhal rəsmin saxta olduğunu bəyan ediblər.

Bundan əvvəl Avstraliyada Pablo Pikassonun sərgilənən rəsmlərinin saxta olduğu üzə çıxanda bir muzey qalmaqala qarışmışdı.

 

Şəbnəm

Gununsesi.info