32 yaşında milyarder oldu: Xəyalımı onlar gerçəkləşdirdi

Sosial mediada ən çox izlənən adlardan biri olan aktrisa və müğənni Selena Qomez artıq rəsmi olaraq milyarderdir.

Gununsesi.info  Bloomberg-ə istinadən xəbər verir ki, milyarderlər İndeksinə görə, Qomezin ümumi sərvəti 1,3 milyard dollara çatıb.

Qomez milyarder statusuna çatmaqla bağlı hisslərini dilə gətirib.

Çox xoşbəxt olduğunu bildirən ulduz, əslində pul haqqında danışmağın çox xoş olmadığını, amma bu statusu gözəllik məhsullarından alan insanlara borclu olduğunu deyib: “Arzularımı gerçəkləşdirən insanlardır. Ona görə də mən həqiqətən fəxr edirəm və xoşbəxtəm.”

32 yaşında milyarder ilan edilen Selena Gomez: Hayalimi "onlar" gerçekleştirdi - 3

Müğənni sərvətinin böyük hissəsini özünün “Rare Beauty” adlı gözəllik brendinə borcludur. Qomezin təxminən 5 il əvvəl qurduğu brendin dəyərinin 1 milyard dollar olduğu təxmin edilir.

Brendinin uğuru sayəsində Qomez Taylor Swift və Rihanna kimi adların da yer aldığı “özünü qazanan ən gənc milyarder qadınlar” siyahısına da daxil olub.

Sosial şəbəkələrdəki paylaşımları ilə tez-tez brendini tanıdan və məhsul keyfiyyətinə görə istehlakçılardan tam qiymət alan Qomez, lüks moda markaları Louis Vuitton, Coach və Puma ilə də reklam müqavilələri imzalayıb.

32 yaşında milyarder ilan edilen Selena Gomez: Hayalimi "onlar" gerçekleştirdi - 8

Bildirilir ki, Qomez Emmi mükafatına namizəd olduğu “Yalnız Binada Cinayətlər” serialından hər mövsümdə 6 milyon dollar qazanır.

Selena Qomez “Yalnız Binada Cinayətlər” serialındakı roluna görə komediyada ən yaxşı aktrisa nominasiyasına namizəd olub.

Bu il 77-ci Kann Film Festivalında “Emilia Perez” filminin dörd aktrisası Ən Yaxşı Qadın Oyunçu mükafatını paylaşaraq festival tarixinə düşüb.

Ən Yaxşı Qadın Oyunçu mükafatını paylaşaraq festival tarixinə düşüb.

Rejissor Jak Audiard, Zoe Saldana, Selena Qomez, Karla Sofiya Qaskon və Adriana Pazın çəkildiyi filmin aktyorları “Ən yaxşı qadın rolu” mükafatını qazanıblar.

Selena Qomez bu yaxınlarda Vanity Fair jurnalına verdiyi müsahibədə uşaq sahibi ola bilməyəcəyini açıqlayıb: “Daha əvvəl bunu heç vaxt deməmişəm, amma təəssüf ki, öz övladlarımı daşımağım mümkün deyil. Həyatımı və körpəmi təhlükəyə atacaq bir çox səhhətim problemim var”.

Lupus xəstəliyi ilə mübarizə aparan Qomez səhhətindəki problemlərlə bağlı dəfələrlə açıqlamalar verib.

O, şəxsi həyatı ilə bağlı təfərrüatları paylaşdığı üçün dəfələrlə tənqidlərə məruz qaldıb.

 

 

Şəbnəm

Gununsesi.info