
İran oktyabrın 1-də İsrailə raket hücumundan sonra tətbiq etdiyi uçuş məhdudiyyətlərini aradan qaldırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Arab News” bu Yaxın Şərq ölkəsinin dövlət mediasına istinadən yazır.
Təhlükəsizliyə görə oktyabrın 3-ü, cümə axşamı saat 05:00-dək daxili və beynəlxalq uçuşların dayandırıldığı qeyd edilmişdir.
İran Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazarlu bildirib ki, təhlükəsiz uçuş şəraitinin təmin edilməsindən və məhdudiyyətlərin aradan qaldırılmasından sonra aviaşirkətlərə uçuşlara icazə verilib.
Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi aviaşirkətlərə oktyabrın 31-dək İranın hava məkanından uzaqlaşmağı tövsiyə edib.
Bundan əvvəl Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviaşirkətlərini İsrail, İran və İraqın hava məkanında uçuşlardan çəkinməyə çağırıb.