Qərbin tətbiq etdiyi sanksiyalar səmərəsizdir

Qərbin Rusiya və Çinə qarşı tətbiq etdiyi sanksiyaların səmərəsizdir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta” üçün yazdığı məqalədə bəyan edib.

Onun sözlərinə görə, sanksiyalara baxmayaraq, ölkələrin iqtisadiyyatları dinamik inkişaf edir: “Ölkələrimizin milli iqtisadiyyatının strukturu yüksək dərəcədə bir-birini tamamlayır. Uzun illərdir ki, Çin bizim əsas ticarət tərəfdaşımızdır”.

Lavrov həmçinin bildirib ki, Rusiya ilə Çin arasında hərbi əməkdaşlıq fəal şəkildə inkişaf edir, bu, üçüncü ölkələrə qarşı yönəlməyib.

 

 

Şəbnəm

Gununsesi.info