
Ultra-Pravoslav yəhudilər (Haredim) İsrailin Qərbi Qüdsdə məcburi hərbi xidmətə qarşı etiraz ediblər.
Hərbi qeydiyyat idarəsinə basqın etmək istəyən nümayişçilər polisin maneəsini dəf etməyə çalışıblar.
Nümayişçilər polis baryerlərini dağıdıb, zibil qutularını aşırıblar.
İsrail polisi etirazçılara sərt müdaxilə edib, dəyənəklərlə nümayişçiləri ərazidən uzaqlaşdırmağa çalışıb.
Gununsesi.info -nun İsrail mətbuatına istinadən xəbərinə görə, baş verən hadisələrdə hələlik 3 nəfər saxlanılıb.
İsrail Ali Məhkəməsi ordunun ultra-pravoslav kişilərin hərbi xidmətə çağırılması qərarını iyun ayında təsdiqləyib.
Qeyd edək ki, kişilər və qadınlar üçün 3 illik məcburi hərbi xidmətin olduğu İsraildə, əhalinin 12 faizini təşkil edən ultra-provaslav yəhudilərin hərbi xidmətdən azad edilməsi müddəti başa çatıb.
Günel
Gununsesi.info