Gürcüstan Konstitusiya Məhkəməsi “Xarici təsir haqqında” qanunu müzakirə edəcək

  • By Günel
  • 21 Avqust 2024 17:59

29-30 avqust tarixlərində Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsir haqqında” qanunun qüvvəsinin dayandırılması məsələsini müzakirə edəcək.

Gununsesi.info-nun “Qruziya-Online”-a istinadən xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Merab Turava deyib.

O bildirib ki, indiyədə qədər məhkəməyə Gürcüstan prezidenti Salome Zurabişvili də daxil olmaqla, müxtəlif qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müxalifət tərəfindən 4 iddia ərizəsi təqdim edilib.

 

Gununsesi.info