
ABŞ prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinin narkotiklərlə mübarizə üçün Meksikaya göndərilməsini istəyir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Meksika prezidenti Klaudiya Şeynbaumun narkotik kartelləri ilə mübarizə üçün Meksikaya amerikalı əsgərlərin göndərilməsi təklifini rədd etdiyini bildirib.
Bildiririk ki, 2015-2021-ci illər arasında Meksikada mütəşəkkil cinayətkarlıqla əlaqəli qətllərin sayı ildə təxminən 8000-dən 23500-ə yüksəldi.
Meksikada fəaliyyət göstərən əsas kartellər fentanil və qeyri-qanuni immiqrantları ABŞ-a qaçaqmalçılıq yolu ilə keçirməkdə ittiham olunur.
“Air Force One” təyyarəsində jurnalistlərə danışan Tramp deyib ki, Şeynbaum kartellərlə mübarizəyə kömək etmək üçün Meksikaya Amerika qoşunlarını göndərmək təklifini rədd edib.
“O, kartellərdən o qədər qorxur ki, hətta yeriyə bilmir” Tramp deyib.
O, həmçinin bildirib:
“Meksika prezidenti sevimli qadındır, lakin o, kartellərdən o qədər qorxur ki, düz düşünə bilmir.”
Orxan