İngiltərə Premyer Liqasının ikinci turunda “Mançester Siti” qələbə qazanıb

  • By ilhame
  • 24 Avqust 2024 21:24

İngiltərə Premyer Liqasının ikinci turunda “Mançester Siti” doğma meydanda “İpsviç Taun” üzərində qələbə qazanıb.

 

Gununsesi.info-nun məlumatına görə, görüş 4:1 hesabı ilə başa çatıb.

 

Erlinq Holand “şəhərlilər”in heyətində het-trik edib. Digər qolu isə Kevin De Bruyne vurub. Qonaqlarda Semmi Smodiç fərqlənib.

 

“Mançester Siti” növbəti matçında avqustun 31-də “Vest Hem”lə səfərdə qarşılaşaq, “İpsviç Taun” həmin gün “Fulhem”i qəbul edəcək.

Gununsesi.info