Azərbaycanın kişi voleybolçuları Belçikaya məğlub olub

  • By ilhame
  • 24 Avqust 2024 21:54

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

 

Gununsesi.info xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi yığma Bakıda Belçika yığması ilə üz-üzə gəlib.

 

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, millimiz öncəki matçda səfərdə Avstriya yığmasına 0:3 hesabı ilə uduzmuşdu.

Gununsesi.info