Şolts və Zelenski telefonla danışıb

  • By ilhame
  • 24 Avqust 2024 22:52

Almaniya kansleri Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı zamanı İsveçrədəki sammit əsasında danışıqların davam etdirilməsini müzakirə ediblər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat yayıb.

 

Onun sözlərinə görə, Şolts və Zelenski İsveçrə sammitinə əsaslanan prosesin əhəmiyyəti ilə bağlı eyni fikirdədirlər.

Gununsesi.info