Salyanda yol-nəqliyyat hadisəsi baş verib

  • By ilhame
  • 24 Avqust 2024 21:10

Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb.

 

Qəza nəticəsində rayonun Boranıkənd kənd sakini, 2002-ci il təvəllüdlü Əmrahov Vüsal Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info