Ukrayna ordusunun hücumundan sonra Krımda neft bazası yanır

  • By Günel
  • 07 Oktyabr 2024 22:39
Ukrayna ordusunun hücumu nəticəsində ilhaq edilmiş Krımın Feodosiya şəhərində neft bazasının yandığı xəbər verilir.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı yayan Rusiya mediası yanğının səbəblərindən söz açmır.
Bununla belə oktyabrın 7-də teleqram kanalları Ukrayna dronlarının Krım üzərinə hücumu barədə xəbərlər yayıb.
Rusiya tərəfindən Feodosiyaya başçı təyin edilmiş İqor Tkaçenko bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb və hazırda orada fövqəladə hallar idarəsinin əməkdaşları işləyirlər.
Ukrayna silahlı qüvvələri isə bildirir ki, Krıma hücumun, o cümlədən neft terminalına zərbənin nəticələri dəqiqləşdirilir.
Bu da vurğulanır ki, sözü gedən neft terminalı Rusiya ordusunu yanacaqla təchiz edir. Terminalların hər birinin tutumu 250 min kubmetrdir. Krım yarımadasında iki belə neft bazası mövcuddur. Digər terminal Sevastopolda yerləşir.
Feodosiya neft bazasında yanğınla bağlı yerli hakimiyyət orqanları “texnogen fövqəladə vəziyyət” elan edib. Ətraf ərazidən 300-dək sakinin evakuasiya olunduğu və müvəqqəti yerləşdirmə mərkəzinin yaradıldığı xəbər verilir.
Gununsesi.info