Qərb rusları diz çökdürmək istəyir - Robert Fiko

“Ukraynadakı müharibə yalnız ona görə davam edir ki, Qərb “ruslara diz çökdürmək” istəyir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Slovakiyanın baş naziri Robert Fiko bildirib.

O hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi slavyanların öldüyü müharibədir və Avropa bunu dəstəkləyir.

Fiko vurğulayıb ki, Ukraynanın Avropa Birliyinə daxil olmasına razı olsa da, hakimiyyətdə olduğu müddətdə Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə heç vaxt razı olmayacaq.
Baş nazir bildirib ki, 2025-ci ildə İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə Moskvaya səfər edəcək.

Qeyd edək ki, Fiko daha əvvəl bəyan etmişdi ki, onun hakimiyyəti dövründə Ukraynada müharibə bitərsə, Rusiya ilə “normal” münasibətləri bərpa etmək istəyir.

 

Gununsesi.info