
Avropa İttifaqı hesab edir ki, İran Rusiyaya ballistik raketlər verib və Tehranı sanksiyalarla cəzalandırmağı planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məhdudiyyətlərin mühəndislik, metallurgiya və aviasiya şirkətləri də daxil olmaqla, təxminən 12 şəxs və təşkilata təsir edəcəyi gözlənilir. Aİ bu məhdudiyyətləri oktyabrın sonunda Brüsseldə keçiriləcək sammitdə təsdiqləməyi planlaşdırır.
Bildirilir ki, İran öz növbəsində ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edir.
Bundan əvvəl, sentyabrın 10-da Böyük Britaniyanın İranı Rusiyanı dəstəkləməkdə ittiham etdiyi və bu dövlətin bəzi nümayəndələrinə qarşı sanksiyalar tətbiq etdiyi məlum olub.
Londonun ardınca Vaşinqton oxşar məsələ ilə bağlı İrana qarşı sanksiyaların tətbiqi mümkünlüyündən danışmağa başlayıb. ABŞ dövlət katibi Antoni Blinken İranın Rusiyaya ballistik raketlər verdiyini iddia edib.
Şəbnəm