Rusiyalı müxalifət fəalı Ukrayna uğrunda döyüşlərdə həlak olub…

Ukraynada Kiyev tərəfində döyüşən tanınmış rusiyalı müxalifət fəalı İldar Dadin döyüş zamanı öldürülüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Vətəndaş Şurasının sözçüsü BBC-yə Dadinin öldüyünü deyib və əlavə edib ki, “O, qəhrəman olaraq qalır”.

Qeyd edək ki, döyüşçüyə çevrilmiş fəal Ukraynanın şimal-şərqindəki Xarkov vilayətində onun könüllü batalyonu olan “Rusiya Azadlığı Legionu”nun əsgərləri Rusiya artilleriyasının atəşinə tutulması nəticəsində həlak olub.

Orxan Saffari

Gununsesi.info