Paşinyan Rusiyadadır - YENİLƏNİB

  • By Günel
  • 07 Oktyabr 2024 21:12

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya ikigünlük səfərə yola düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Paşinyanın Mətbuat xidməti yayıb.

O, Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.

Xatırladaq ki, bu gün Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

Gununsesi.info