ABŞ vəziyyəti həll etmək üçün İsrailə təzyiq göstərəcək

ABŞ tezliklə atəşkəsə nail olmaq və Yaxın Şərq regionunda vəziyyəti həll etmək üçün İsrailə təzyiq göstərəcək.

Gununsesi.info  xəbər verir ki, bunu dövlət başçısı vəzifəsinə namizəd Kəmalə Harris deyib.

“İsrail rəhbərliyi ilə diplomatik səviyyədə gördüyümüz iş, humanitar yardıma ehtiyac, bu müharibəyə son qoyulması, girovların azad edilməsi və nizam-intizamı təmin edəcək sazişin bağlanması zərurəti də daxil olmaqla, prinsiplərimizi aydınlaşdırmaq istəyidir. Atəşkəs,”– deyə siyasətçi bildirib.

Eyni zamanda Harris əlavə edib ki, onun hipotetik prezident olacağı təqdirdə ABŞ regionun ərəb dövlətlərinə də təsir edəcək ki, onlar Təl-Əvivlə kompromislərə hazır olduqlarını göstərsinlər.

Sentyabrın 19-da ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Harris seçkilərdə qalib gələrsə, İsrailin məhv olacağını proqnozlaşdırmışdı.

O, əlavə edib ki, seçiləcəyi təqdirdə həm Yaxın Şərqdə, həm də Ukraynada münaqişələrə son qoyacaq.

 

 

Gununsesi.info