Kəraçi hava limanı yaxınlığında partlayış nəticəsində iki çinli həlak olub..

Pakistanın Kəraçi hava limanı yaxınlığında şübhəli bilinən kamikadze hücumu nəticəsində iki Çin vətəndaşı ölüb, ən azı 10 nəfər yaralanıb.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, hələ rəsmi olaraq müəyyən edilməmiş üçüncü cəsədin hücumçuya aid olduğu düşünülür.

Çinin Pakistandakı səfirliyi bazar günü gecə baş verən partlayışın Sind əyalətində elektrik enerjisi layihəsində çalışan çinli mühəndislərin karvanını hədəf alan “terror hücumu” olduğunu bildirib.

Orxan Saffari

Gununsesi.info