Döyüş təyyarələrinin nümayişini izləyən 5 nəfər istidən ölüb

  • By Günel
  • 07 Oktyabr 2024 23:52

Tamaşaçıların böyük bir qrupu Hindistanın Tamil Nadu əyalətinin Çennaidəki Marina çimərliyində çıxış edən Hindistan Hərbi Hava Qüvvələrini izləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, tədbirdə beş tamaşaçı ölüb, 100-ə yaxın adam xəstəxanaya yerləşdirilib.

Asian News International (ANI) xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinin yaradılmasının 92-ci ildönümünü qeyd etmək üçün Çennaydakı Marina çimərliyində tədbir keçirilib.

Tamil Nadu əyalətinin səhiyyə naziri Ma Subramanian da tədbirdə 5 nəfərin isti vurması və susuzluqdan öldüyünü, 100-ə yaxın tamaşaçının isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Tədbiri təşkil edən Tamil Nadu ştatının baş naziri M.K.Stalini pis planlaşdırma, səhlənkarlıq və yanlış idarəetməyə görə tənqid ediblər.

Gununsesi.info